Gündəm

“Koronavirusdan ölənlər arasında peyvənd olunan yoxdur”

“Koronavirusdan ölənlər arasında peyvənd olunan yoxdur”

“Reanimasiya şöbələrində müalicə alan, vəziyyəti ağır olan, o cümlədən həyatını itirən xəstələr arasında vaksinasiya olunmuşlar yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu AZTV-də çıxışında TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

A.Qurbanov bildirib ki, onlar hamısı vaksinasiya olunmamış şəxslərdir:

“Bəzən deyirlər ki, filankəs vaksinasiya olunmuşdu, amma yenə xəstələnib. Biz də həmişə deyirik: heç bir vaksin 100 faiz müdafiə etmir. Vaksinasiya olunmuş insanların arasında 5-10 faiz var ki, onlar xəstəliyə yoluxa bilərlər”.

D
demokrat.az