Zaqatala rayonunda 16 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan rayon sakini Əhməd Kamran oğlu Ömərovun barəsində cinayət işi başlanıb.
Demokrat.az xəbər verir ki, istintaq orqanı tərəfindən Əhməd Ömərova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan olunub.
Onun barəsində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb və iş baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Vüqar Məmmədovun icraatına verilib.
Bu cinayət işi üzrə məhkəmə prosesi yaxın günlərdə başlanılacaq.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham olunan şəxsin əməli məhkəmədə sübuta yetirilsə, həmin şəxsi üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözlənilir.
Fariz Məlikli Demokrat.az


