Sənaye və energetika

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 41 % artıb

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 41 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 19 milyard 809,5 milyon kubmetr qaz nəql edilib.

Demokrat.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 11,1 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 49,3 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 9 milyard 775,2 milyon kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 40,8 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Demokrat.az

D
demokrat.az