Xətai rayonu 30 saylı uşaq musiqi məktəbində fortepiano müəlliməsi işləmiş Ülviyyə koronavirus infeksayasının yayılmasında təqsirli bilinib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ülviyyə ötən ilin dekabrın əvvəlində koronavirusa yoluxub və bununla bağlı həkimə müraciət edib. Yoxlama zamanı onun koronavirusa yoluxması təsdiqlənib və bundan sonra onun yaşadığı yeri tərk etməməsi barədə xəbərdarlıq edilib.
Buna baxmayaraq, Ülviyyə dekabrın 16, 17 və 18-də yaşayış yerini tərk edib.
Bunanla bağlı polisə məlumat daxili olub və polis onun barəsində protokol tərtib edib və istintaq orqanına göndərib. İstintaq orqanı tərəfindən Ülviyyənin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.
Onun barəsində olan cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ülviyyə 200 manat cərimə olunub.
Fariz Məlikli Demokrat.az


