Dünya

Ermənistanda koronavirusa yoluxanların sayı 234 814-ə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 234 814-ə çatdı

Ermənistanda daha 256 nəfər COVID-19-a yoluxub.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 234 814-ə çatıb. Son sutkada koronavirusdan 7 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 702-yə yüksəlib.

Koronavirusa yoluxan 222 801 nəfər sağalıb. Hazırda 6 013 pasiyent müalicə olunur.(report.az)

D
demokrat.az