Dünya

Türkiyədə sel fəlakəti qurbanlarının sayı artır

Türkiyədə sel fəlakəti qurbanlarının sayı artır

Türkiyənin Qara dəniz sahillərində yaşanan sel fəlakətində həyatını itirənlərin sayı artıb.

“Haber Global”ın məlumatına görə, Kastamonuda 49, Sinopda 9, Bartın vilayətində isə 1 nəfərin həlak olması ilə təbii fəlakət qurbanlarının sayı 59 nəfərə çatıb.

Həmçinin, 77 nəfərin itkin düşdüyü bildirilir.

Qeyd olunan ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.

D
demokrat.az