Türkiyənin Kahramanmaraş şəhərində yanğınsöndürmə tədbirləri zamanı qəzaya uğrayan Rusiya təyyarəsinin bütün ekipaj üzvləri həyatını itirib.
“Haber Global xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi də axtarış tədbirlərinə əməkdaşlarını cəlb edib.
***16:44
Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus “BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb.
“Report” xəbər verir ki, Rusiyanın Ankaradakı səfirliyi "RİA Novosti"yə faktı təsdiqləyib.
Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub.
Rusiya Müdafiə Nazirliyinin hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə komissiya göndəriləcəyi qeyd olunub.
X X X
Türkiyənin Kahramanmaraş şəhərində amfibiya təyyarə qəzaya uğrayıb.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə şəhərin Onikişubat rayonunda qeydə alınıb.
Təyyarənin göyərtəsində 8 nəfərin olduğu deyilir.
Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qəzanın dəqiq səbəbləri məlum deyil.
Demokrat.az


