Gündəm

Polkovnik: "Ermənilər bu zərbəni unutmasalar, özləri üçün daha yaxşı olar"

Polkovnik: Ermənilər bu zərbəni unutmasalar, özləri üçün daha yaxşı olar

“Ermənilər hər zaman, xüsusilə çətin vəziyyətdə olanda Azərbaycanda yaşayan azsaylı xalqlarla bağlı məsələləri gündəmə gətirmək istəyirlər. Bununla da onlar qarışıqlıq yaratmaq istəyirlər, lakin bu, mümkün olmayıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında İslahatlara Dəstək Mərkəzi sədrinin siyasi məsələlər üzrə müavini, istefada olan polkovnik Rauf Dəmirov deyib.

O, ermənilərin Azərbaycanda yaşayan azsaylı xalqlarla bağlı uğursuz cəhdlərinin çarəsizlik əlaməti olduğunu vurğulayıb:

“Azərbaycanda hər bir xalqın nümayəndəsi rahat yaşamaq imkanına malikdir. Azsaylı xalqların nümayəndələri Azərbaycan vətəndaşı olaraq dövlətimizin yanında olublar. Biz bunu 44 günlük müharibə dövründə də gördük. Həmin millətlərin nümayəndələri də torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə apardılar. Vətən müharibəsi şəhidləri arasında da azsaylı xalqların nümayəndələrindən var. Həm arxa cəbhədə, həm də döyüş meydanında birlik göstəriblər. Onlar da hamımız kimi bu Vətənin birliyi üçün çalışıblar. Onlar bunu həm müharibədə, həm də ölkənin iqtisadi, siyasi həyatında da sübut edirlər. Ermənilərin bu cəhdləri mənasızdır. Onlar bu cəhdi heç bir nəticə verməyəcək. Azsaylı xalqların nümayəndələri də Azərbaycan qanunvericiliyində nəzərdə tutulan bütün hüquqlardan istifadə edə bilirlər. Azərbaycan xalqı həmin xalqlarla birlikdə bir bütündür. Onlar da “Dəmir yumruğ”un ətrafında birləşiblər. Biz bir olub ermənilərə zərbə endirməyi bacarmışıq. Ermənilər bu zərbəni unutmasalar, özləri üçün daha yaxşı olar”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az