Gündəm

Yaşlı səfirlər geri çağırılır — Növbəti kimlər ola bilər...

Yaşlı səfirlər geri çağırılır — Növbəti kimlər ola bilər...

Azərbaycan Respublikasının xarici ölkələrdəki təqaüd yaşına çatmış səfirləri bir-birinin ardınca geri çağırılır. Bu il yanvarın 8-də Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov vəzifəsindən geri çağırılaraq, təqaüdə göndərilib.

Bir neçə gün öncə - 23 iyul 2021-ci il tarixində isə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev Prezidentin sərəncamı ilə bu ölkədən geri çağırılıb..

Qeyd edək ki,Həsən Həsənov1992-ci ildən xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərirdi. O, 1992-1993-cü illərdəBMT-də (Nyu-York) Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 1993–1998-ci illərdə Azərbaycanın Xarici işlər naziri vəzifəsində işləyib. Həmin illərdəBMTvəYUNESKO,İKT-nın illik toplantılarında Azərbaycan Nümayəndə Heyətinə rəhbərlik edib.

2004-cü il sentyabr ayının 1-də Azərbaycan RespublikasınınMacarıstandakı səfiri, 2010-cu il mart ayının 30-dan isə ölkəmizin Polşadakı səfiri təyin edilmişdi.

Həsən Həsənovun hazırda 81 yaşı var.

Vilayət Quliyev1999-2004-cü illərdə Azərbaycanın Xarici İşlər naziri olub. 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri olan keçmiş nazir 2010-cu ildən ölkəmizin Macarıstandakı diplomatik korpusuna rəhbərlik edib.Vilayət Quliyevin hazırda 69 yaşı var.

Diplomatik mənbələrdənModern.azsaytına daxil olan məlumata görə, təqaüd yaşına çatmış daha bir neçə səfirin daimi istirahətə göndərilməsi mümkündür.

Bəs həmin səfirlər kimlər ola bilər?

Əməkdaşımız Azərbaycan Respublikasının xaricdəki diplomatik korpuslarına rəhbərlik edən təqaüdçü şəxslərin yaşını araşdırıb.

Hazırda ən yaşlı səfirHidayət Orucovdur. 1944-cü il təvəllüdlü (77 yaş) Hidayət Orucov 1992-2006-cı illərdə Dövlət müşaviri işləyib. 2006-2012-ci illərdə ildəAzərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininsədri vəzifəsini tutub.

Ona27 dekabr2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Hazırda da Bişkekdə səfir olaraq çalışır.

Azərbaycanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiriTamerlan Qarayev69 yaşın içindədir. 1952-ci il təvəllüdlü Tamerlan Qarayev 1993-cü ildən diplomatik xidmətdədir. 1993-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi alan T.Qarayev elə həmin il Çinə göndərilib. O, 1993-2001-ci illərdə Azərbaycanın Çindəki səfiri olub.

2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, MaldivRespublikasında) səfir işləyib.

2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakıdiplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-LesteDemokratik Respublikasındakı səfiri işləyib.

13 dekabr 2018-ci il tarixində İndoneziya, Filippin, Sinqapur, Timor-Lestedəki səfir postundan geri çağırılaraq, Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın Özbəkistam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiriHüseyn Quliyevin75 yaşı var.

1946-cı il təvəllüdlü Hüseyn Quliyev hələ sovet dövründən diplomat kimi çalışır. Belə ki, o, 1978-1982-ci illərdə keçmiş SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşavir, 1984-1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşavir vəzifəsində işləyib.

2007-2009-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2012-də isə İdarə rəisi olub.

2012-ci ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın Rusiyadakı səfiriPolad Bülbüloğlunun76 yaşı var.

1945-ci il təvəllüdlü Polad Bülbüloğlu 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət nazirivəzifəsində işləyib.

2006-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan Respublikasının Türkmənistandakı səfiriHəsən Zeynalovda yaşlı diplomatlar sırasına daxildir. 1951-ci il təvəllüdlü Həsən Zeynalovun 70 yaşı var.

O, 1992-2004-cü illərdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daiminümayəndəsi, 2004-2010-cu illərdə Türkiyə RespublikasınınQars şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifələrini tutub.

2010-2015-ci illərdə Türkiyə Respublikasınınİstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi işləyib.

2015-ci ildən indiyə kimi Azərbaycan Respublikasının Türkmənistanda, fövqəladə və səlahiyyətli səfiri postunu tutur.

Azərbaycanı Ukraynada təmsil edən səfirElmira Axundovanınisə 68 yaşı var.

Elmira Axundova III, IV və V çağırış (2005-2020-ci illərdə) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2020-ci ildə Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Demokrat.az

D
demokrat.az