Hadisə

"BakuBus"un avtobusu yandı — Sərnişinlər təxliyyə edildi

BakuBusun avtobusu yandı — Sərnişinlər təxliyyə edildi

Bakıda sərnişin avtobusunda yanğın olub.

Demokrat.az xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, "BakuBus" MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.(report.az)

D
demokrat.az