Suallar verirlər: “Rusiya niyə Ermənistanı silahlandırır?”, “Rusiya sülhməramlıları niyə erməni separatçılarının Qarabağda postlarının qurulmasına şərait yaradır?”, “Rusiya niyə Laçın dəhlizindən hərbi yüklərin daşınmasına göz yumur?” və s.
Sanki söhbət bizə bəlli olmayan ölkədən və onun siyasətindən gedir.
Bu fikirləri Atlas araşdırma mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq bildirib ki, mənə bu sualları ünvanlayanlara qarşılıqlı sual vermək məcburiyyətində qalıram: “Rusiyanın 200 ildə Cənubi Qafqazda indikindən fərqli siyasətini müşahidə etmişikmi? Məktəb və ali təhsil ocaqlarında Rusiya və bu ölkənin Qarabağ siyasəti ilə bağlı ayrıca fənnin tədrisinə ehtiyac var. Rusiyanın Azərbaycanın daxili işlərinə qarışmasını neytrallaşdıran milli proqram hazırlamasaq bu ölkənin Ermənistan və erməni separatizmi, o cümlədən 5-ci kolon vasitəsilə təxribatlarından qurtulmayacağıq".
Demokrat.az


