"İranın Ermənistana və Qarabağ separatçılarına yardımları o həddə çatdı ki, Azərbaycan dövləti İrana nota verməyə məcbur oldu".
"Demokrat.az"ın xəbərinə görə, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov qeyd edib.
Vəkil İranın Azərbaycan əleyhinə son addımlarından sonra ölkəmizdə olan qonşu ölkə tərəfdarlarının etiraz etmələrinə ümidlidir:
"Görəsən, İranı müdafiə edən həmvətənlərim yenə də İranın bizə dost olduğunu deyib duracaqlarmı?! İran hakimiyyətinin ikili oynadığını dilə gətirənləri isə sionist adlandırıb daş-qalaq etməyə davam edəcəklərmi?! Heç olmasa, indi İranın bizə qarşı olan bu addımlarına öz etirazlarını bildirərlər" - deyə A.İsmayılov qeyd edib.
Vaqif Demokrat.az


