Sosial

Bu küçə və prospektlərdə tıxac var — SİYAHI

Bu küçə və prospektlərdə tıxac var — SİYAHI

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Sıxlıq olan ərazilərin siyahısını təqdim edirik:

Heydər Əliyev prospekti – əsas yol - (Koroğlu metro stansiyasını keçdikdən sonra, Bağırov körpüsü istiqaməti, eyni zamanda şəhər mərkəzi istiqamətində) sıxlıqdır.Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, “Avtovağzal” metrostansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi adlanan istiqamətdə) sıxlıqdır.

Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, Daxili İşlər Nazirliyinin Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Səbəbi isə yol-nəqliyyat vasitələrinin çoxluğudur.

Binəqədi şosesi – (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).

Tbilisi prospekti - əsas yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıqdır.

Demokrat.az

D
demokrat.az