Maraqlı

Prezidentin 6 il öncə Gəncə səfərində məşhurlaşan Ümidlə bağlı ŞAD XƏBƏR — FOTO

Prezidentin 6 il öncə Gəncə səfərində məşhurlaşan Ümidlə bağlı ŞAD XƏBƏR — FOTO

Prezident İlham Əliyevin 6 il öncə Gəncəyə səfəri zamanı məşhurlaşmış Ümid Həbibov bu il qəbul imtahanlarında yüksək bal toplayıb.

Demokrat.az-ın xəbərinə görə, o, seçim olaraq ADA Universitetinə üstünlük verib. Bu gün isə seçdiyi universiteti ziyarət edib.

Xatırladaq ki, 2014-cü il oktyabrın 18-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncədə səfərdə olarkən şəhərin gənc sakini Ümid Həbibovla görüşmüşdülər. 2015-ci ilin martın 19-da isə dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ad günü münasibətilə Ümid Həbibovu Prezident Sarayına çay süfrəsinə dəvət etmişdilər.

Ümid o zaman 5-ci sinif şagirdi idi, indi isə tələbə adını qazanmış ümidli gələcək!

Zaur Demokrat.az

D
demokrat.az