Region

Ermənistan ordusunun zabiti qumbara partlaması nəticəsində öldü

Ermənistan ordusunun zabiti qumbara partlaması nəticəsində öldü

Ermənistan ordusunun zabiti və hamilə arvadı ölkənin şimal-qərbindəki Gümrü şəhərində evdə qumbaranın partlaması nəticəsində həlak olublar.

Demokrat.azxəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, partlayış şənbə günü günortadan sonra baş verib.

"Hadisə yerinə gedən istintaq qrupu, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edən, kapitan rütbəsində olan 35 yaşlı zabitin və 29 yaşlı hamilə arvadının meyitini aşkar ediblər", - Ermənistan İstintaq Komitəsinin Facebook səhifəsindəki paylaşmada deyilir.

Qeyd olunur ki, partlayış yerində qumbara üzüyü aşkarlanıb./Virtualaz.org

D
demokrat.az