Dünya

Ərdoğandan yanğın açıqlaması: “252 milyon fidan əkəcəyik” — FOTO

Ərdoğandan yanğın açıqlaması: “252 milyon fidan əkəcəyik” — FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Üsküdarda Cümə namazı qıldıqdan sonra qardaş ölkədə baş verən meşə yanğınlarından söz açıb.

Demokrat.az-ın məlumatına görə prezident bildirib ki, yanmış ərazilərdə dəymiş zərərin qiymətləndirilməsi işləri davam edir.

O qeyd edib ki, dəyən zərərlər ən qısa zamanda aradan qaldırılacaq: “İnşallah ilin sonuna qədər hər bir vətəndaşa 3 fidan olmaqla cəmi 252 milyon fidan əkəcəyik. Yaşıl Vətəni qorumaq üçün mübarizəmiz davam edəcək”,-deyə Türkiyə prezidenti söyləyib.

Ərdoğanın sosial şəbəkədəki hesabından yuxarıda qeyd etdiklərimizlə bərabər aşağıdakı foto da paylaşılıb:

Xatırladaq ki, bu kampaniyaya Azərbaycandan da xeyli şəxs qoşulub və qoşulmaqdadır. "Yeni Müsavat" Media Qrupu da "Gələcəyə nəfəs" kampaniyasına öz töhfəsini verəcək.

Kampaniyaya qatılmaq istəyənlər aşağıdakı linki təqib edərək, bu xeyirxah aksiyada iştirak edə bilərlər:

https://paylas.gelecegenefes.com/2020/paylas/b3da2b8388534a0fe539db3377edd5fe/

musavat.com

D
demokrat.az