Dünya

Türkiyədə avtobus yük avtomobili ilə toqquşdu — 9 nəfər öldü

Türkiyədə avtobus yük avtomobili ilə toqquşdu — 9 nəfər öldü

Türkiyənin Manisa əyalətinin Soma rayonunda avtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 30 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, hadisə İstanbul-İzmir avtomobil yolunda baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Avtobusda 50 nəfər olub.(report.az)

D
demokrat.az