Siyasət

Hikmət Hacıyevə "Əl-Cəzirə" Media Şəbəkəsinin xüsusi hədiyyəsi təqdim edildi — FOTO

Hikmət Hacıyevə Əl-Cəzirə Media Şəbəkəsinin xüsusi hədiyyəsi təqdim edildi — FOTO

Azəbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Beynəlxalq siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvətilə ölkəmizdə səfərdə olan, Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Alhajı və Əl-Cəzirə TV nin İstanbul bürosunun əməkdaşı Omar Alhajuj Hazzanı öz ofisində qəbul edib.

Hikmət Hacıyev qonaqları salamladıqdan sonra 44 günlük Vətən Müharibəsi dövründə "Əl-Cəzirə" Media Şəbəkəsinə tutduğu tərəfsiz mövqeyə görə təşəkkürünü bildirib və uzun illər davam edən BAMF Əl-Cəzirə əməkdaşlıqlığından dolayı məmnunluğunu dilə gətirib.

Sami Alhaj BAMF-ın təşkilatçılığı və Media İnkişaf Agentliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ADA Universitetinin dəstəyi ilə jurnalistlər üçün keçirilən təhlükəsizlik təlimlərindən, Əl-Cəzirə BAMF əməkdaşlığının tarixçəsindən və gələcək perspektivləridən danışıb.Eyni zamanda, Əl-Cəzirə iş təcrübəsindən söhbət Sami Alhaj Quantanama həbsxanasında keçirdiyi məşəqqətli günlərdən də söhbət açıb.

Sonda Sami Əlhaj özünün həbsxana həyatı ilə baglı kitabını, "Əl-Cəzirə"yə aid müxtəlif nəşrləri və "Əl-Cəzirə" Media Şəbəkəsinin xüsusi hədiyyəsini Hikmət Hacıyevə təqdim edib.

Demokrat.az

D
demokrat.az