“İranın Ermənistandakı səfirinin Ermənistan-Azərbaycan sərhədinə səfəri ilə İran bir daha bu ölkəyə qarşı dost münasibətini nümayiş etdirdi. İran Azərbaycanla münasibətlərdə fərqli fikirdə olsa da, dəyərlərinə hörmət göstərmir”. Bu sözləri Demokrat.az-a açıqlamasında Ana Vətən Patiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O, İranın Ermənistadakı səfirinin Azərbaycanla sərhədin təxribat törədilən ərazisinə səfərinə toxunub: “İrandan soruşmaq lazımdır ki, sənin səfirinin Azərbaycanla sərhəddə nə işi var? Səfirin bu hərəkətlə nə demək istəyir? Biz nə demək istədiyini anlayırıq. Bu, bir daha göstərir ki, İran Ermənistanın yanındadır və buna davam edir. Səfirin bu addımı Azərbaycanın İrana səmimi, mehriban qonşuluq və dostluq münasibətlərinə söykənən siyasətinə uyğun gəlmir. İran səfirinin bu addımı təəssüf doğurur. 
Aygül Qarayeva Demokrat.az


