Dünya

Dünyanın hər qırxıncı sakini koronavirusa yoluxub

Dünyanın hər qırxıncı sakini koronavirusa yoluxub

Dünyada koronavirusa yoluxanların ümumi sayı 200,2 milyon nəfəri keçib.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, Yer kürəsi sakinlərinin 2,5%-dən çoxu bu xəstəliyə yoluxub.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Yer kürəsinin 7,875 milyard sakini olduğunu nəzərə alsaq, hər qırxıncı sakinin koronavirusa yoluxduğu bəlli olur.

Yoluxmuş şəxslərin, təxminən, yarısı 5 ölkənin – ABŞ-ın (35,3 milyon), Hindistanın (31,8 milyon), Braziliyanın (20 milyon), Rusiyanın (6,4 milyon) və Fransanın (6,3 milyon) payına düşür.

Xatırladaq ki, Azərbaycanda 346 mindən çox insan koronavirusa yoluxub.

Demokrat.az

D
demokrat.az