Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb. Bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb. O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: "Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə". Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.
Demokrat.az


