Gündəm

"Ermənistan Zəngəzur dəhlizi vasitəsilə qatarların və avtomobil nəqliyyatının hərəkətini təmin etməlidir"

Ermənistan Zəngəzur dəhlizi vasitəsilə qatarların və avtomobil nəqliyyatının hərəkətini təmin etməlidir

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəriiki dövlət arasında mövcud əməkdaşlıq əlaqələrinin səviyyəsinin yüksəldilməsi, regionaltəhlükəsizliyin təmin edilməsi və Azərbaycanın Qarabağdakı hədəflərinin imzalanan birgə Bəyanatın şərtləri daxilində həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Səfər zamanı hər iki ölkə başçısı 2020-ci il 10 noyabr tarixindəAzərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı birgə Bəyanatda nəzərdə tutulan məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirməsi bir daha proseslərin Azərbaycanın maraqlarıçərçivəsində inkişaf etdiyini göstərir. Birgə Bəyanatda nəzərdə tutulan bütün kommunikasiyaların, o cümlədən Azərbaycan ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin açılması regionun gələcək görünüşünü tamamilə müsbət istiqamətdə dəyişdirəcək. Cənubi Qafqazdatəxminən 30 il davam edən Ermənistanın işğalçılıq siyasəti səbəbindən məhdudlaşdırılan nəqliyyat əlaqələrinin bərpası 2021-ci il yanvarın 11-də baş tutmuş üçtərəfli görüş zamanı da müzakirə edilmişdi. Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılan üçtərəfli işçi qrupunu Ermənistan keçirilən seçkilərdən əvvəl əsassız bəhanələrlə tərk etdi. Bu isə həm sərhədlərin müəyyənləşdirilməsi, həm silahlıların Qarabağdan çıxarılması, həm də nəqliyyat dəhlizlərinin açılması proseslərini ləngitdi. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Region ölkələrinin hamısı bu dəhlizdən istifadə edərək həm iqtisadi, həm də turizm imkanlarını inkişaf etdirə biləcək. Zəngəzur dəhlizi Türkiyə ilə Orta Asiyanı, Rusiya ilə Ermənistanı, Azərbaycan ilə Naxçıvanı, İran ilə Gürcüstanı birləşdirən mühüm ticarət qovşağı kimi dəyərləndirilməlidir. Ermənistan düşdüyü məğlub vəziyyətdən və iqtisadi blokadadan çıxmaq istəyirsə, birgə Bəyanatın şərtlərinə uyğun olaraq regional əməkdaşlığa qoşulmalı və birgə Bəyanatın şərtlərini tam yerinə yetirməlidir. Əks halda Ermənistan yaxın onilliklər ərzində iqtisadi inkişaf perspektivlərini tamamilə əldən verəcək. Zəngəzur dəhlizi ilə bərabər digər iqtisadi kommunikasiyaların bərpası, bu bölgənin xarici şirkətlərin maraq dairəsinə daxil omasına imkan verəcək. İlk dəfə olaraq bölgənin turizm və iqtisadi potensialından tam istifadə etmək, nəhəng layihələrin həyata keçirilməsi üçün ciddi sərmayələr cəlb etmək imkanı yaranıb.Zəngəzur dəhlizinin yaradılması və onun digər beynəlxalq nəqliyyat dəhlizləri ilə əlaqəli fəaliyyət göstərməsi, həm bölgənin beynəlxalq əhəmiyyətini artıracaq, həm də regional təhlükəsizliyin təminatında mühüm rol oynayacaq.

Bu imkanların əvvəl reallaşdırılmaması, Ermənistanın işğalı səbəbindən mümkün olmayıb. Azərbaycana və digər qonşu ölkələrə qarşı ərazi iddialarına görə Ermənistan hazırda hərtərəfdən dalana dirənib. Bu dalan yalnız iqtisadi layihələrə aid deyil, bu həm də regional hərbi əməkdaşlığa aiddir. Münaqişə 8 ay əvvəl başa çatıb, “Dağlıq Qarabağ qatarı” da çoxdan gedib. Bunu Azərbaycan və Rusiya prezidentlərinin görüşündə bir dəfə də olsun “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsinin səslənməməsi də sübut edir. 5-6 erməni əsgərin güllə atması və ya hansısa avropalı ermənipərəst məmurun səsləndirdiyi fikirlər bu reallığı dəyişdirə bilməz. Atəş açılan ərazini Azərbaycan Əsgəri dəqiqələr ərzində külünü havaya sovura da bilər. Sadəcə Azərbaycan münaqişədən sonrakı dövrdə alçaldılan ermənistanı və onun darmadağın olan ordusunun qalıqlarını hələlik təkrarən əzmək istəmir. Yox əgər erməni hərbçiləri atəşkəsi intensiv şəkildə pozmaqla əzilmək arzusunu bəyan etmiş olsalar, o zaman onların arzusu çin olacaq. Dəhlizin iqtisadi faydaları ilə yanaşı, onun reallaşması nəticəsində iqtisadi əlaqələrin genişlənməsi də bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanmasına əhəmiyyətli dərəcədə töhfə verəcək. Bunun üçün Zəngəzur dəhlizi yalnız qatarların deyil, həm də avtomobil nəqliyyatının hərəkətini təmin etməlidir. Belə olan halda bölgə beynəlxalq səviyyədə daşınmalar üçün daha cəlbedici olacaq. Odur ki, Ermənistan tərəfindən Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətməkdən çəkinməlidir. Əks halda bu Ermənistan üçün geri dönüşü mümkün olmayan nəticələrə gərib çıxara bilər. 2020-ci il 10 noyabr razılaşmasının icrasına mane olan kənar qüvvələrin fəaliyyəti, bu qüvvələrin regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasına qarşı səsləndirdikləri bəyanatlar əslində 30 il əvvəl olduğu kimi, bu gün də Ermənistanın iqtisadi böhran içində mövcudluğunu davam etdirməsinə hesablanıb. Qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı olmayan Fransanın cəhdləri isə münaqişənin nizamlanmasıa cavabdeh olan ATƏT həmsədrindən daha çox, 8 ay əvvəl yola düşən “Dağlıq Qarabağ qatarına” çatmaq üçün onu arxadan təqib edən sərnişinin ümidsiz fəaliyyətinə bənzəyir. Azərbaycan tərəfi Laçın dəhlizinin açılmasını birgə Bəyanat imzalanandan 4 gün sonra təmin edibsə, deməli Ermənistan da Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Üstündən 8 ay keçməsinə baxmayaraq İrəvan kimlərinsə göstərişi ilə hələ də gizlənpaç oynamaqda davam edir. Artıq Ermənistan tərəfindən müddətin uzadılması qəbuledilən deyil. Odur ki, Ermənistan Zəngəzur dəhlizi vasitsilə qatarların və avtomobil nəqliyyatının hərəkətini təmin etmək üçün təcili addımlar atmağa məcburdur, çünki İrəvan imzaladığı birgə Bəyanatın tələblərini yerinə yetirməmək üçün nə iqtisadi, nə də hərbi potensiala malik deyil. Arzu və istəklər ilə imkanlar uyğun gəlməlidir, əks halda ermənilərin 9 aydır yaşadıqları kataklizmlərin növbəti dalğası qaçılmaz olacaq. Əvvəlkilərin başa çatmadığı halda növbəti kataklizmlərin baş verməməsi isə artıq Ermənistan hakimiyyətindən asılıdır. Necə deyərlər- suda boğulanların xilas olması, ilk növbədə boğulanlarının öz əllərinin işidir. Ədalət Verdiyev, hərbi ekspert Demokrat.az

D
demokrat.az