Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1941-ci il təvəllüdlü Əliyev Binnət İbrahim oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.(report.az)


