Qurban bayramı münasibətilə Abşeron rayonunun bütün kənd və qəsəbələrində 2 mindən çox insana bayram payı verilib.
Bu barədə Demokrat.az-a Abşeron rayon İcra Hakimiyyətindən məlumat verilib.
İcra başçısı İradə Gülməmmədovanın tapşırıqlarına uyğun olaraq, Qurban payları şəhid və qazi ailələrinə, Çernobıl əlillərinə, Əfqanıstan müharibəsi veteranlarına, kimsəsiz və aztəminatlı ailələrlə təqdim edilib.
Saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə bütün ailələr təbrik edilib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb.
Demokrat.az


