“Pegasus” adlanan İsrail casus proqramı vasitəsi ilə Azərbaycanın 70-dən yuxarı KİV rəhbərinin, ictimai fəalların, jurnalistlərin teıefonlarını izləmək iddiası xəbər məkanında bomba kimi partlayıb.
Hələlik bu iddialara qarşı rəsmi Bakı heç bir açıqlama verməyib. Lakin “Yeni Müsavat” Media Qrupunun rəhbərliyi ölkənin xüsusi xidmət orqanlarının rəhbər kadrosuna aid bir yetkili ilə danışa biliblər.
Qeyri – rəsmi aparılan bu danışqda məqsəd yayılan siyahı və iddialara münasibətdə peşəkar rəy almaq olub.
Siyahını dərc etməzdən öncə bildirək ki, İsrail bu texnologiyanı bir zamanlar Fələstin fəallarını izləmək, onları nəzarətdə saxlamaq üçün yaradıb. Sonra bu vasitəyə böyük tələbat olduğu ortaya çıxıb. Bundan sonra “NSO” bütün dünyada fəaliyyətini genişləndirməyə başlayıb.
Heç də təsadüfi deyil ki, “Forbes” jurnalı əsası 2010-cu ildə qoyulmuş “Pegasus”u “dünyanın ən aqressiv mobil casus şəbəkəsi” kimi xarakterizə edib.
“BBC” yazır ki, bu şirkətin izlədiyi 50 min adamla bağlı məlumatlar media mərkəzlərinə sızıb. İsrail şırkəti hələ ki, bu ittihamları rədd edir.
Bazar günü “The Washington Post”, “The Guardian”, “Le Monde” və daha 14 dünyaca məşhur nəşr bu şirkətin cinayətlərindən yazıb.
“Pegasus” “iPhone” və “Android” cihazlarına daxil edilərək, özəl məlumatlara qeyri-qanuni giriş əldə edib.
Bəzi məlumatlara görə, 50 ölkədən olan min nəfərin telefonları bu şirkətin “çətiri” altında olub.
Siyahıda dövlət başçılarının, siyasətçilərin, ərəb kral ailələrinin adı var. 180 jurnalistin də adı açıqlanan siyahıda yer alır. “CNN”, “The New York Times” və “Al Jazeera” kimi nüfuzlu media mərkəzlərinin nümayəndələri də izlənilən jurnalistlər arasındadır.
Bizdən bu siyahıda kimlər var? Gəlin yayılan azərbaycanlı adların böyük qisminə nəzər salaq.
Bəri başdan da bildiririk ki, buradakı adların bir çoxu göstərir ki, ölkəmizə dair bu iddialar ən azından, şişirdilib, ya da yalandır. Çünki bu siyahıdakı insanların böyük əksəriyyətinin dinlənilməsinin hər hansı anlamı yoxdur.
Siyahı bunlardır:
Xədicə İsmayıl Elçin Şıxlı Əvəz Zeynallı Natiq Cavadlı Azər Ayxan Rauf Arifoğlu Eynulla Fətullayev Qənimət Zahid Anar Orucov Mirşahin Ağayev Arif Əliyev Sevinc Vaqifqızı Bahəddin Həziyev Seymur Kazımov Təzəxan Mirələmli Şahvələd Çobanoğlu Cəsur Sumerenli Mehman Əliyev İslam Şıxəli Aynur Elgünəş Aytən Məmmədova Gülər Mehdizadə Fizza Heydərova Rövşən Hacıbəyli Xalid Bahadır Müşfiq Cabbar Pərviz Həşimli Vidadi Məmmədov Aytən Fərhadova Aydın Canıyev Elkin Xəlilov Əziz Kərimov İnarə Rafiqqızı Sücəddin Şərifova Zamin Hacı Elxan Şükürlü Vahid Mustafayev Elnur Astanbəyli Zahir Əzəmət Ramin Deko Vüsala Mahirqızı Aynur Camalqızı Orxan Adıgözəl Bəxtiyar Hacıyev Şəhla İsmayıl İntiqam Əliyev Şura İbrahimova Ülvi Həsənli Füzuli Hüseynov Mirvari Qəhrəmalı Bayram Məmmədov Elmira Rəhimova Ruslan İzzətli Səadət Bənənyarlı Fatimə Movlamlı İlkin Rüstamzadə Səidə Qocamanlı Akif Qurbanov Mehman Hüseyov Nihad Hüseyn Turan İbrahim Əbülfəz Qurbanlı Zaur Əkbər Anar Məmmədli Elman Fəttah Xalid Ağaliyev Ziya Quliyev Mehriban Rəhimli Turqut Qəmbər Arzu Abdullayeva Zəfər Əhmədli Rəsul Cəfərov Bəşir Süleymanlı.
“Yeni Müsavat” Media Qrupunun rəhbərliyi ölkənin xüsusi xidmət orqanlarının rəhbər kadrları ilə əlaqə saxlayıb, bu məsələyə münasibət öyrəniblər. Onlar bu iddiaları cəfəng və yalan adlandırıblar: “Hər bir xüsusi xidmət orqanı kimi, bizim də dinlədiyimiz adamlar, şübhəlilər var və bunların hamısı qanuni yollarla həyata keçirilir. Bizim dinlədiyimiz şəxslərin siyahısı ilə yayılan siyahı arasında heç bir əlaqə yoxdur. Biz, xüsusi proqramla xaricdə kimləri isə dinləyə bilsəydik, əmin olun, bunlar ilk növbədə xarici düşmənlərimiz, Ermənistan ərazisindəki terroristlər, Azərbaycana qarşı cinayət törətmiş şəxslər olardılar. Siyahıda bir nəfər də olsun, erməni terroristinin adı yoxdursa, bu siyahının etibarlılığı barədə danışmağa gərək də yoxdur”.
Azərbaycan xüsusi xidmət orqanının yetkilisi birmənalı şəkildə bildirir ki, bu siyahıdakı şəxslərin telefonları dövlət qurumları tərəfindən dinlənilməyib.
Demokrat.az


