Xəbər verdiyimiz kimi, 17 iyulda Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçirilib. . Demokrat.az-ın xəbərinə görə, səsvermədə qeydə alınmış 43 vətəndaş cəmiyyəti institutunun namizədləri arasından 123 təşkilat iştirak edib.
Seçkinin nəticələrinə əsasən, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasından dünya və Avropa çempionu Arif Məmmədov qaliblər sırasında olub. Qeyd edək ki, Assosiasiyanın İdarə Heyətinin üzvü, Dünya Müasir Döyüş Növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti A.Məmmədov karate idman növü üzrə federasiya və təşkilatlar içərisində İctimai Şuraya seçilmiş yeganə şəxsdir. 
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarı ilə təsdiqlənmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun təşkil olunur. Demokrat.az


