Dünya

ÜST: "Delta" ştammı tezliklə dünyada dominant varianta çevriləcək

ÜST: Delta ştammı tezliklə dünyada dominant varianta çevriləcək

Koronavirusun "Delta" ştammı tezliklə dünyada dominant varianta çevriləcək.

Demokrat.azxəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.

Qeyd olunub ki, hazırda mütəxəssislər bu ştammın bəzi ölkələrdə geniş yayılıb, digər ölkələrdə olmamasının səbəbləri ilə bağl araşdırmalar aparır.

ÜST-ün son məlumatlarına görə, "Delta" ştammı 111 ölkədə qeydə alınıb, son bir həftə ərzində daha 7 ölkədə həmin ştamm aşkarlanıb.

85 ölkədə, o cümlədən İslandiya, Misir, Monteneqro və bir sıra digər ölkələrdə "delta" variantı qeydə alınmayıb.

Xatırladaq ki, Azərbaycanda da koronavirusun "Delta" ştammı aşkarlanıb.

D
demokrat.az