Hadisə

DYP maşını "Tır"la toqquşdu — Yol polisi ağır yaralandı (VİDEO)

DYP maşını Tırla toqquşdu — Yol polisi ağır yaralandı (VİDEO)

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, hərəkətdə olan yük avtomobili ("Tır”) DYP avtomobilinə çırpılıb. Nəticədə, yol polisi serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə başından ağır travma alıb.

Yaralı polis əməkdaşı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./Qafqazinfo

Demokrat.az

D
demokrat.az