İdman

ÇL: "Neftçi" qələbə ilə başladı

ÇL: Neftçi qələbə ilə başladı

"Neftçi" bu gün Çempionlar Liqasında mübarizəyə başlayıb.

Demokrat.az xəbər verir ki, paytaxt təmsilçisi 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə qarşılaşıb.

Boris Payçadze adına “Dinamo Arena”da keçirilən matçda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib. Bununla da, komanda 7 illik fasilədən sonra ÇL-də qüvvəsini sınayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Konfrans Liqasında davam etdirəcək./Qol.az

7 iyul Çempionlar Liqası I təsnifat mərhələsinin ilk oyunu

20:00. "Dinamo" Tbilisi (Gürcüstan) - "Neftçi" (Azərbaycan) - 1:2 Qollar: Namik Ələskərov, 23 (0:1), Maruşiç, 36 (1:1), Emin Mahmudov, 57-pen (1:2) Baş hakim: David Fuksman (İsrail) Tbilisi. Boris Payçadze “Dinamo Arena”

19:33 Çempionlar Liqasının I təsnifat mərhələsində "Dinamo" (Tbilisi) - "Neftçi" oyunu üçün heyətlər müəyyənləşib.

Demokrat.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

"Dinamo": Kvasxvadze, Sporkslede, Xvadqiani, Papava (k), Qbenyon, Xarabadze, Radin, Kardava, Kutsiya, Marusiç, Qabedava

Ehtiyat oyunçular: Miqineişvili, Kalandadze, Kobouri, Axvlediani, Osey, İaşvili, Morçiladze, Mekvabişvili, Kavtaradze

"Neftçi": Aqil Məmmədov, Voislav Stankoviç, Mamadu Mbodj, Mert Çelik, Yusuf Laval, Sabir Buqrin, Mamadu Kane, Emin Mahmudov (k), Harramiz Suares, Namik Ələskərov, Sezar Meza Kolli

Ehtiyat oyunçular: Kamran İbrahimov, Əlirza Müştəbəzadə, Fəhmin Muradbəyli, İsmayıl Zülfüqarlı, Mirabdulla Abbasov, Ömər Buludov, Vüsal Əsgərov, Asim Əlizadə, Emin Zamanov, Xəyal Nəcəfov

Qeyd edək ki, matçBakı vaxtı ilə saat 20:00-da başlayacaq.

D
demokrat.az