Mədəniyyət

Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsildi — FOTOLAR

Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsildi — FOTOLAR

Bu gün “Azərxalça”- nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. Xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub.

Bu barədə Demokrat.az-a "Azərxalça" ASC-dən məlumat verilib.

Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kv. metrdir.

Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.

Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.

Demokrat.az

D
demokrat.az