Gündəm

Baş redaktordan oliqarx media rəhbərlərinə: "Lütfən, əl-ayağa dolaşmayın, yoxsa, ayaq altda qalarsınız"

Baş redaktordan oliqarx media rəhbərlərinə: Lütfən, əl-ayağa dolaşmayın, yoxsa, ayaq altda qalarsınız

“Medianın İnkişafı Agentliyinin saytlar üçün təşkil etdiyi müsabiqənin nəticələrinin hamını qane etməyəcəyi aydın idi. Çünki hamı rəhbərlik etdiyi, yaxud çalışdığı saytın adını qaliblərin siyahısında görmək istəyirdi. Ümid edirəm ki, narazılıqlar araşdırılacaq, təkliflər nəzərə alınacaq. Ancaq məni pulu başından aşan KİV rəhbərlərinin nisbətən kiçik saytların inkişafı üçün nəzərdə tutulan 3 min manata göz dikməsi çox narahat edir. KİV var ki, oturduğu ofisin aylıq kirayə haqqı 5-7 min manatdır. Sizin 3 min manata ehtiyacınız var?”

Bu sözləri Demokrat.az-a açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

O, qeyd edib ki, müsabiqənin nəticələri ilə tanışlıq onda məmnunluq hissi doğurub:

“Siyahıda xeyli müstəqil saytın adı var. Gəlin açıq danışaq: Əli Həsənovun dövründə həmin saytların rəhbərlərini MEDİA-nın sələfi olan KİV Fondunun 50 metrliyinə də buraxmırdılar. MEDİA rəhbərliyi sağ olsun ki, ayrı-seçkiliyə son qoydu, hamıya eyni gözlə baxdı. Nədir, mediaya ayrılan bütün pullar ancaq sizin cibinizə axmalıdır? Ancaq siz yaşamalısınız? Medianın yükünü çiyinlərində çəkən sıravi jurnalistlər ömürlərinin axırına kimi sürünməlidir? Niyə digər saytların da böyüməsini istəmirsiniz? Niyə istəmirsiniz ki, media aləmində azad rəqabət mühiti olsun?”.

Baş redaktor deyib ki, KİV Fondunun indi məhbəsdə olan sabiq rəhbəri Vüqar Səfərlinin bəslədiyi bir qrup adam statuslarını itirməklə barışmaq istəmirlər:

“Baş redaktor var ki, Vüqar Səfərlinin dövründə mətbuata ayrılan pullarla 10 dəfə Antalyaya səfər edib. Nədir, sənin göbəyini Antalyada kəsiblər? Niyə 500 manat məvaciblə səhərdən axşama kimi işlətdiyin əməkdaşlarının bir dəfə o səfərlərdə işrirak etməsinə şərait yaratmadın? Vüqarın evini Antalyada 500 avroluq otellərdə qalanda yıxdınız. Niyə başa düşmürsünüz ki, sizin hegemonluq etdiyiniz dövr arxada qalıb. Azərbaycan dövlərti və onun media siyasətini həyata keçirən qurumlar hamıya eyni gözlə baxır. Lütfən, əl-ayağa dolaşmayın. Yoxsa, ayaq altda qalarsınız”.

Zaur Demokrat.az

D
demokrat.az