Sosial

Jurnalistlərin media reyestrində qeydiyyat prosesi necə olacaq? — AÇIQLANDI

Jurnalistlərin media reyestrində qeydiyyat prosesi necə olacaq? — AÇIQLANDI

Yeni hazırlanan "Media haqqında" qanun layihəsinə əsasən, jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə media reyestrinin formalaşdırılması nəzərdə tutulub. Reyestrə daxiledilmə könüllülük prinsipi əsasında həyata keçiriləcək.

Pravda.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

S.Şəfiyeva bildirib ki, adları media reyestrinə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsi veriləcək: “Vahid jurnalist vəsiqəsi əldə edənlərə güzəştlərin edilməsi və müəyyən imtiyazların verilməsi nəzərdə tutulub”.

Reyestrə daxil olmaq üçün ali təhsil və minimum 3 il əmək stajı tələb edilir.

Demokrat.az

D
demokrat.az