Maliyyə

Azərbaycanda geniş pul kütləsinin həcmi illik 14%-dən çox artıb

Azərbaycanda geniş pul kütləsinin həcmi illik 14%-dən çox artıb

Bu il iyunun 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 30 milyard 457,0 milyon manat təşkil edib.

Demokrat.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, mayın 1-i ilə müqayisədə 2,4%, ilin əvvəli ilə müqayisədə 4,4%, ötən il iyunun 1-nə nisbətən isə 14,4% çoxdur.

Mayın sonuna manatla geniş pul kütləsinin həcmi 21 milyard 612,5 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 3,5%, ilin əvvəli ilə müqayisədə 6,4%, ötən ilin mayın sonuna nisbətən isə 27% çoxdur.

Demokrat.az

D
demokrat.az