Gündəm

Bakı limanlarındakı yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırıldı - HAVA ŞƏRAİTİNƏ GÖRƏ

Bakı limanlarındakı yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırıldı - HAVA ŞƏRAİTİNƏ GÖRƏ

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ölkədə hökm sürən küləkli və soyuq hava şəraitilə bağlı məlumat yayıb.

Demokrat.Az-a daxil olan məlumatda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişməsi ilə əlaqədar Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında hazırda saniyədə 22-25 metr, Bakı şəhərində yerləşən Əsas yük terminalında isə saniyədə 17 metr sürətlə şimal-şərq küləyi əsir.

"Verilən məlumata əsasən günün ikinci yarısında küləyin sürətinin saniyədə 30-35 metr olacağı gözlənilir. Əmək təhlükəsizliyi qaydalarına əsasən Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında və Bakı şəhərində yerləşən Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda bildirilir.

Demokrat.Az

D
demokrat.az