Gündəm

Bulvar İdarəsinin rəis müavini BDU-ya müdir gəldi - FOTO

Bulvar İdarəsinin rəis müavini BDU-ya müdir gəldi - FOTO

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib.

Demokrat.Azstrateq.az-a istinadən xəbər verir ki, universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib.

Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb. O, açıqlamasında xəbəri təsdiqləyib:

"Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam".

Demokrat.Az

Bulvar İdarəsinin rəis müavini BDU-ya müdir gəldi - FOTO

D
demokrat.az