"Şərur Mtk" şirkətinə məxsus tikinti inşa işləri aparılan Xətai rayonu Həzi Aslanov qəsəbəsində X. Məmmədov ünvanındakı çoxmərtəbəli binanın tikintisi ərazisində bir qrup işçi etiraza qalxıb.
Demokrat.Az-a daxil olan məlumata görə, işçilər maaşlarından və iş saatının çox olmasından narazılıq ediblər.
Gecə ikən növbəti mərtəbənin inşası üçün gətirilən beton məhlulunun tökülməsində iştirak edən bir sıra fəhlələr səhəri gün orada rəhbərliyin onlara əmək haqqının gətirib ödəməsini gözləyirdilər. Uzunmüddətli gözləmə zamanı diqqətçəkən bir sıra maraqlı və təəccüb doğuran məqamlar ortaya çıxdı. Beləki, zəhmət haqlarını gözləməkdən artıq təngə gələn işçilər "Şərur MTK" rəhbəri İsfəndiyar Axundovun onlara əmək haqqının plastik kartla deyil, siyahı üzrə tabel dəftərinə imza atmaqla maaşın verilməsini bildirdilər.
İşçilərin etirazını əks etdirən mənzərənin videosunu təqdim edirik:
Məsələ ilə bağlı iş adamı İsfəndiyar Axundovla əlaqə saxlamağa çalışsaq da, telefon zəngimizə cavab verən olmayıb.
Demokrat.Az


