Gündəm

Tahir Kərimli: “Yaxşı olardı ki, büdcəyə yenidən baxaq, pensiya, maaş, sosial müavinəti artıraq”

Tahir Kərimli: “Yaxşı olardı ki, büdcəyə yenidən baxaq, pensiya, maaş, sosial müavinəti artıraq”

“Sosial problemləri daha yaxşı həll etmək üçün təklifim budur ki, Milli Məclisdə büdcəyə yenidən baxaq”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, neftin qiyməti büdcədə nəzərdə tutulandan xeyli artıb: “Büdcəyə yenidən baxmaq olardı. Nə üçün hökumət buna getmir? Milli Məclisə niyə təklif vermir? Yaxşı olardı ki, büdcəyə yenidən baxaq, pensiya, maaş, sosial müavinəti artıraq. Neftin qiyməti artıb. Mən bu təkliflərlə çıxış edirəm, mənə diletant deyirlər. Kompleks məsələlərin islahatlar çərçivəsində həllinə tərəfdaram. Büdcə yenidən baxılsa, artımlar olsa, yaxşı olar”.

Demokrat.az

D
demokrat.az