Hadisə

Lənkəranda maşın qəzaya düşərək yandı, ölən var — YENİLƏNİB

Lənkəranda maşın qəzaya düşərək yandı, ölən var — YENİLƏNİB

Lənkəranda avtomobil yanması nəticəsində xəsarət alan 1960-ci il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova xəstəxanada dünyasını dəyişib.

15:16 Lənkəranda avtomobil yanıb, bir nəfər ağır dərəcəli yanıq xəsarətləri alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Boladi kəndi ərazisində qeydə alınıb. Beton maneəyə çırpılan minik maşını qəfil alışıb. Yanan avtomobildə ölən yoxdur, 1960-ci il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova ağır dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az