Gündəm

Vilayət Eyvazov Hacı Mazanın oğluna yüksək vəzifə verdi

Vilayət Eyvazov Hacı Mazanın oğluna yüksək vəzifə verdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yeni rəis təyin olunub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Bayram Zeynalov təyinat alıb.

Qeyd edək ki, o, Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğludur.(unikal.org)

Demokrat.az

D
demokrat.az