Hadisə

Prezidentdən kütləvi informasiya vasitələri ilə bağlı SƏRƏNCAM

Prezidentdən kütləvi informasiya vasitələri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 2964 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanının 8.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 2964 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1142) 1-ci hissəsi ləğv edilsin", - sərəncamda qeyd olunub.

Demokrat.az

D
demokrat.az