Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Mehman Hüseynovu ziyarət edərək onun səhhətilə maraqlanıblar.
Demokrat.Az xəbər verir ki, hüquq müdafiəçiləri Mehman Hüseynovla birgə fotolar çəkdirərək sosial şəbəkədə də paylaşıblar.
Qeyd edək ki, həbsdə olan bloger Mehman Hüseynov 13 gündür ki, aclıq keçirdiyini iddia edir.
Demokrat.Az




