Koçaryan bu gün Qafan hava limanına gəlib. Onun hərəkətləri hava limanından bir neçə yüz metr məsafədə olan və əraziyə nəzarət edən Azərbaycan ordusu tərəfindən izlənilirmiş.
Demokrat.az-ınxəbərinə görə, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
"Hava limanında olan erməni jurnalist Vahe Makaryan Azərbaycan hərbçilərinin durbinlə ətrafı müşahidə etdiyini yazır. I Qarabağ müharibəsində azərbaycanlıların qatili və Qarabağın işğal edilməsinin həmmüəlliflərindən olan Koçaryanın indi seçki təbliğatını bizim əsgərlərin nəzarəti altında aparmasını yazmaq əla hisdir" - deyə A.Nərimanlı bildirib.
Demokrat.az


