Qarabağ

Daha iki erməni hərbçinin meyiti aşkarlandı

Daha iki erməni hərbçinin meyiti aşkarlandı

Qarabağdakı döyüşlərlə ölən daha 2 erməni əsgərin meyitinin qalıqları qarşı tərəfə təhvil verilib.

Demokrat.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, cəsədlər Cəbrayıl rayonunda aparılan axtarışlar zamanı aşkar edilib.

Məlumata görə, məhkəmə-tibbi ekspertizadan sonra hərbçilərin şəxsiyyəti müəyyənləşdiriləcək.

Qeyd edək ki, indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 560-a çatıb.

D
demokrat.az