Bu gün təsadüfən artıq bir neçə ay bundan qabaq elan olunmuş çox şad bir məlumatla tanış oldum.
2019-cu ilin fevral ayında "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin təşəbbüsü və tərfədaş təşkilatlar və mütəxəssislərlə birgə Memorandum imzalamaqla yaratdığımız "Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti" Şəbəkəsi ABŞ-ın Pensilvaniya Universitetinin Lauder İnstitutunun Global Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Proqramının 2020-ci ilin yekunlarına dair "Global Go To Think Tanks İndex 2020" dünyanın ən yaxşı beyin mərkəzləri reytinq siyahısına əsasən Mərkəzi Asiya və Qafqaz regionu üzrə siyahıda 56-ci yer alaraq ilk dəfə bu siyahıda yer tutub.
Həmçinin Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti" Şəbəkəsi 2020-ci ildə aktiv fəaliyyətinə görə "Dünyanın Ən Yaxşı Yeni Yaranmış Beyin Mərkəzləri" Qlobal Siyahısına" da daxil edilmişdir. Beyin Mərkəzlərinin Qlobal İndeksi ilə buradan tanış ola bilərsiniz:https://repository.upenn.edu/think_tanks/18/
Hüquqşünas Ramil İsgəndərli Demokrat.az


