Gündəm

Deputat: “Prezidentin işğaldan azad olunmuş bölgələrə səfərlərinin hər biri tarixi hadisədir”

Deputat: “Prezidentin işğaldan azad olunmuş bölgələrə səfərlərinin hər biri tarixi hadisədir”

“200 il ərzində itirdiklərimizin xeyli hissəsini cəmi 44 gündə bizə ərmağan edən qələbənin tarixi əhəmiyyəti barədə cəmiyyətin müxtəlif təbəqələri tərəfindən yazılıb, yazılır və hələ çox yazılacaq. Bu təbiidir. Ən azından ona görə ki, dünya hərb tarixinə məhz döyüş meydanlarında qələbə çalmış millətlərin və onların liderlərinin adları qızıl hərflərlə yazılır. Bütün bunlarla yanaşı, mənə görə bu Qələbənin ən böyük əhəmiyyəti millətin sınmış qürurunun bərpa olunmasıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, son 30 ildə harada olmağımızdan asılı olmayaraq, Qarabağın işğalı nəticəsində natamamlıq kompleksi yaşayırdıq: “Erməni kimi qorxaq millətə uduzmağımızı həzm edə bilmirdik. Qürurumuz özümüzə qayıtdı və milli psixologiyamızda 180 dərəcəlik müsbətə doğru dönüş yarandı. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna növbəti səfərini reallaşdırdı. Ölkə başçısının işğaldan azad olunmuş bölgələrə səfərlərinin hər birisi bir tarixi hadisədir. Ancaq mənə elə gəlir ki, bugünkü Ağdam səfəri öz zənginliyinə, məzmununa görə əvvəlkilərdən xeyli fərqlənir. Prezidentin hərbi əməliyyatların mahiyyətini açıqlaması, Ağdamın yenidən qurulması, gələcək planlar barədə mülahizələri, ağdamlılarla aparılan müzakirə və uşaqlığını, gəncliyini orada keçirmiş insanların sevincləri diqqət çəkirdi. Səfər çərçivəsində Ağdam şəhərinin, açıq və qapalı Zəfər muzeylərinin, məşhur 1 saylı məktəbin, sənaye parkının, əsası qoyuldu. Ağdam şəhərinin yeni baş planı, nəzərdə tutulan parkların, stadionun, atçılıq mərkəzinin, şəhər kənarı meşəliklərin, aqrokomplekslərin, ən müasir standartları özündə əks etdirən şəhər nəqliyyat sisteminin, velosiped yolları ilə, ekoloji tələblərə cavab verən küçə və prospektlərin təqdimatı baş tutdu. Düşünürəm ki, bir məsələni də qeyd etmək yerinə düşər. İşğaldan azad olunmuş şəhər və rayonların ən yüksək dünya standartlarına uyğun bərpa olunacağına heç kim şübhə etmirdi. Bu barədə Prezident əvvəlki çııxışlarında toxunmuşdu. Ancaq etiraf edək ki, təqdim olunan layihələr fantastikdir. Hər hansı mübaliğədən kənar, bütün aspektlərinə görə zamanı qabaqlayan layihələrdir. İnsanın ən yüksək tələblərə cavab verən komfort yaşayışını təmin etmək üçün bütün incəliklər nəzərə alınıb. Belə bir şəhərdə yaşamaq təkcə ağdamlıların yox, hər kəsin arzulaması şübhəsizdir. Belə bir estetikanı görən mənfur qonşularımızın keçidikləri hissləri, düşüncələrini təsəvvür etmək çətin deyil. Hesab edirəm ki, görüşü televiziya vasitəsilə izləyən hər kəs xüsusi zövq aldı. Prezidentin Ağdam şəhərini, inzibati rayonunu, su resurslarını belə yaxından bilməsi isə, hər kəsi təəccübləndirməklə, onun bu sahədə yüksək peşəkarlığının göstəricisidir. Qələbə epopeyası davam edir. Yaxın zamanlarda daha çox yeniliklərlə təəccüblənəcəyimizə şübhə yoxdur”.

Demokrat.az

D
demokrat.az