Sosial

"Azərbaycanda elə həkimlərimiz var ki, 6 min manat maaş alır" - Zaur Əliyev

Azərbaycanda elə həkimlərimiz var ki, 6 min manat maaş alır - Zaur Əliyev

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

Zaur Əliyev bildirib ki, artıq Azərbaycanın 3 rayonunda tibbi sığorta ilə bağlı pilot layihə həyata keçirilib:

Onun sözlərinə görə, pilot dövründə müsbət nəticələr əldə olunub.

“Pilot layihə olduğuna görə, həkim və tibb bacılarının əməkhaqlarına dəyişiklik etdik. Hazırda pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əməkhaqqı alır. Orta tibb işçilərinin də əməkhaqqında artım olub. Əməliyyatların sayı 52 faiz artıb”.

Zaur Əliyev əlavə edib ki, pilot layihəsi zamanı daha çox ürək-damar xəstəliklərinə dair müraciətlər olub.

Onun sözlərinə görə, layihənin həyata keçirildiyi regionlarda ölüm hallarının sayı azalıb. (Modern.az)

D
demokrat.az