Sosial

Prezident FHN-in idman-sağlamlıq klubunun açılışında - FOTO

Prezident FHN-in idman-sağlamlıq klubunun açılışında - FOTO

Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun açılışı olub

Demokrat.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.

Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.

D
demokrat.az