Sosial

Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi

Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi

Peyvəndlərin müxtəlif ölkələrdən gətirilməsinin birinci səbəbi əhaliyə seçim imkanının verilməsidir.

Demokrat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

O bildirib ki, hər bir vətəndaş xəstəliyə yoluxmadan orqanizmində anticismlərin yaranmasını təmin edə bilməlidir:

"Vətəndaşlara müraciət edirik ki, peyvəndləmə prosesində aktiv iştirak etsinlər.

Qeyd edək ki, mayın 2-də Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyası - 40 min doza peyvənd ölkəyə gətirilib.

Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib. Hazırda ölkədə “Sputnik V” ilə yanaşı, Çin istehsalı olan “Sinovac”, Böyük Britaniya-İsveçrə şirkətinin istehsal etdiyi “AstraZeneca” vaksinindən də istifadə olunur".

Demokrat.az

D
demokrat.az