Sosial

Nazirlikdən Sahil Babayev haqqında iddialara REAKSİYA — VİDEO

Nazirlikdən Sahil Babayev haqqında iddialara REAKSİYA — VİDEO

Ötən il keçirilən prezident seçkilərindən sonra formalaşdırılan yeni komandanın ən gənc üzvü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyinat alan Sahil Babayev artıq üç ildən çoxdur ki, fəaliyyət göstərir. Bu illər ərzində nazirlikdə ciddi islahatların aparılması ilə bağlı piar kompaniyası aparılsa da, əslində ortada ciddi bir irəliləyiş yoxdur.

Nazirin üç illik “islahatları” isə yarıtmaz kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi, ünvanlı sosial yardım alan yoxsul vətəndaşlara maliyyə dəstəyinin dayandırılması müqabilində xəstə, arıq heyvanların verilməsi və digər addımlarla ciddi narazılıq doğurub.

Səlim Müslümovdan sonra hər kəs bu sahədə böyük dəyişikliklərin olacağına ümid etsə də, ancaq zaman göstərdi ki, Sahil Babayev sələfindən heçdə geri qalmır. Şübhəsiz ki, son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı vətəndaşlar arasında yaranmış ciddi narazılıqlar məhz bununla bağlıdır.

Nazirlikdən Sahil Babayev haqqında iddialara REAKSİYA — VİDEO

Nazirliyin fəaliyyətindən şikayətlənən vətəndaşlardan biri, Bərdə rayon sakini Zahid Mikayılov "Kanal 13" internet kanalında yayımlanan müraciətində deyir ki, Sahil Babayev bu vəzifəyə gələndən sonra Nazirlikdə iş prinsipi nəinki müsbətə doğru dəyişib, əksinə vəziyyət daha da acınacaqlı hal alıb.

Videomüraciətində vətəndaş Sahil Babayevin nənəsinin erməni olduğunu da iddia edir:

Sözügedən ittihamlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, Zahid Mikayılov 2-ci qrup əlildir və sosial ödənişlərini alır.

Xidmət rəisi nazir Sahil Babayevin nənəsinin erməni olması barədə iddialara isə cavab vermək istəməyib.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az