Ermənistanın Araqasotn rayonunun Arteni kənd sakinləri Gümrü-İrəvan avtomobil yolunu hər iki istiqamətdən bağlayıblar.
Demokrat.az xəbər verir ki, buna mayın 16-da kəndin əkin sahələrinə gələn suyun qarşısının kəsilməsi səbəb olub.
Kənd administrasiyasının rəhbəri Sevak Baqdasaryan bildirib ki, bu problemi suvarma şirkəti həll edə bilər, çünki suyun qarşısını onlar kəsiblər.(konkret.az)


